Menu

27 yaşlı qadını öldürüb, cəsədini ətçəkən maşına atdı – Putin tərəfindən əfv edildi...

29.09.2023, 20:10
27 yaşlı qadını öldürüb, cəsədini ətçəkən maşına atdı – Putin tərəfindən əfv edildi...

Rusiyada özündən 14 yaş kiçik sevgilisini xüsusi amansızlıqla qətlə yetirən şəxsin əfv edilməsi ölkədə böyük narazılıqlara səbəb olub.

“AzPolitika.info” xəbər verir ki, söhbət 2018-ci ildə Rusiyanın Perm vilayətindəki Qubaxa qəsəbəsində baş verən dəhşətli cinayət hadisəsindən gedir.

Belə ki, 41 yaşlı Dmitri Zelenski qısqanclıq zəminində 27 yaşlı sevgilisi Tatyana Melexinanı əvvəlcə boğaraq öldürmüş, sonra isə onun cəsədini parçalara ayıraraq ətçəkən maşına atmışdı.

Qeyd edək ki, dəhşətli qətldən sonra 11 il həbs cəzası alan Dmitri Zelenski Ukraynada döyüşdüyü üçün həbsdən azad edilib.

Onun anası Qalina Zelenskaya “59.ru” xəbər agentliyinə verdiyi açıqlamada təsdiqləyib ki, bu ilin aprelində 6 ay cəbhə xəttində xidmət etdikdən sonra Zelenski döyüş bölgəsindən qayıdıb və cəmi iki ay sonra Rusiya hökumətindən amnistiya alıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol