Məlum olduğu kimi, Qərb mətbuatı İranın Rusiyaya “Fateh-110” və “Zolfaghar” raketləri verməyə hazırlaşdığı barədə məlumat yayıb.
“AzPolitika.info” xəbər verir ki, tanınmış ukraynalı hərbi ekspert Roman Svitan İran raketlərinin ilk növbədə dinc əhaliyə təhlükə yaratdığını bildirib: “İran raketləri qeyri-dəqiqdirlər. Ona görə də yaşayış binaları, dinc əhali üçün təhlükə yaradırlar”.
Svitan qeyd edib ki, İran raketləri ballistik trayektoriyaya malik olduqları üçün onları vurmaq çətindir. Bununla yanaşı, Rusiyanın “Kinjal” və “İskəndər” raketləri İran raketlərindən daha dəqiq və keyfiyyətlidir. Ancaq buna baxmayaraq, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri əksər hallarda həmin raketləri vura bilir.
“AzPolitika.info”


Şərhlər