Məlum olduğu kimi, oktyabrın 1-dən Azərbaycanda taksi fəaliyyəti ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər qüvvəyə minəcək.
"AzPolitika.info" xəbər verir ki, artıq sabahdan taksi fəaliyyəti ilə məşğul olan şəxslərin avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün dövlət rüsumu tələb olunacaq.
Yeni rüsumlar bu formada olacaq:
- Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün - 125 manat;
- Bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi - 25 manat;
- Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi - 250 manat;
- Hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi - 75 manat;
- Taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi - 3000 manat.
"AzPolitika.info"


Şərhlər
Müeharibə gedir,bu qədər əsagər itiririk,hakimiyyətin heç vecinə deyil.Pul çıxarmaq üçün əhalinin dərisini belə soymağa hazırdır.