Qarabağın qondarma “rus icmasının başçısı” Aleksandr Bordov həbs olunub.
“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatı və “Telegram” kanalları belə bir məlumatla çıxış ediblər.
“Alpha News”-a istinad edən erməni kanalları yazırlar ki, A.Bordov Laçın sərhəd-buraxılış məntəqəsini keçmək istəyərkən Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb. Xəbərdə qeyd olunur ki, artıq iki gündür ki, onunla əlaqə itib.
Xankəndidə məskunlaşan və Azərbaycanın ünvanına iftiralar yağdıran, Rusiya xüsusi xidmət orqanlarının təmsilçisi olduğu şübhə doğurmayan və erməni separatçılarının qatı tərəfdarı kimi çıxış edən Bordov Qarabağda pravoslav kilsəsinin tikintisində fəallıq göstərirdi. Hətta Rusiya “sülhməramlıları”ının sabiq komandanı Rüstəm Muradov ona xüsusi təşəkkürnamə vermişdi.
“AzPolitika.info”


Şərhlər