Menu

“Baykar” Ukraynaya 100 milyonluq yatırım edir – “Tikintiyə başlamışıq”

30.09.2023, 16:50
“Baykar” Ukraynaya 100 milyonluq yatırım edir – “Tikintiyə başlamışıq”

Türkiyənin məşhur “Baykar” şirkəti Ukraynada 3 layihəyə 100 milyon dollar investisiya yatıracaq.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, bunu “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar Kiyevdə keçirilən forumda bildirib.

Bayraktar deyib ki, yatırım bir il yarım ərzində həyata keçiriləcək və tikinti işləri həmin vaxta qədər başa çatdırılacaq. “Artıq tikintiyə başlamışıq” deyən Bayraktar 3 layihə çərçivəsində bir zavod, bir xidmət mərkəzi və bir baş ofisin tikintisinin həyata keçirləcəyini bildirib. O, qeyd edib ki, Ukrayna ilə birgə işləməyin böyük perspektivləri var. 

Belə ki, Ukraynada “Bayraktar” PUA-ları üçün lazım olan güclü mühərrik istehsalı mövcuddur. PUA-ların digər komponentləri isə “Baykar” tərəfindən təmin olunacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol