Sentyabrın 30-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Atəş nəticəsində hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı oğlu şəhid olub.
Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!

Şərhlər
Müdafiə Nazirliyinin rəhbərliyi , nə vaxta qədər siz , kasib əhaliyə
daima, müntəzəm, fasiləsiz, ardı - arası kəsilmədən, sonu bitməyən ,
başsaqlıqı verməklə : " Allah rəhmət eləsin! " , ifadəsini təkrar edcəksiniz və məsuliyyətsizlik şəraitində, zəngin həyat tərzində, firavan yaşamaqa ( korrupsiya, Dövlət Büdcəsindən MN - ə verilmiş milyonlarla məbləqdə pulların oqurlanması - mənimsənilməsi və rüşvətxorluq hesabina ) oliqarx olmaqa davam edəcəksiniz ???????????
erməni atəş açıb,əsgərimiz şəhid olub,Siz də dərhal atəş açıb bir erməni öldürün.Yoxsa,bu iş bitməyəcək.