Rusiya Ukraynaya soxulandan sonra 37 hərbi müəssisəni bombalayıb.
“AzPolitika.info” UNİAN-a istinadla xəbər verir ki, bu sözləri Kiyevdə keçirilən Beynəlxalq Müdafiə Sənayesi Forumunda Nazirlər Kabinetinin rəhbəri Denis Şmıqal deyib.
Ukrayna Baş nazirinin sözlərinə görə, ölkədə artıq müəssisələrin bərpası layihələri üzərində işləyir.
"37 müəssisə hücumlardan əziyyət çəkdi . Biz indi onların bərpası üçün əlavə təkliflər üzərində işləyirik", - deyə baş nazir qeyd edib.
Eyni zamanda, Şmıqal silah və texnika istehsalının aylıq artımını elan edib. Hökumət başçısının sözlərinə görə, Ukrayna müdafiə-sənaye komplekslərini tərəfdaş ölkələrin sənayelərinə inteqrasiya etməyə çalışır.
Bu məqsədlə birgə müəssisələr, xidmət mərkəzləri yaradılır.
Rüfət
AzPolitika.info


Şərhlər