Dövlət Fövqəladə Hallar Xidməti İvano-Frankivsk vilayətində neft kəmərində partlayış baş verdiyini, fərdi yaşayış evinin yandığını, bir neçə nəfərin yaralandığını bildirib.
"AzPolitika.info" «Ukrainskaya Pravda»ya istinadla xəbər verir ki, bu barədə Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Xilasedicilərin məlumatına görə, saat 17:00-da Nadvirnyanski rayonunun Strimba kəndi yaxınlığında diametri 15 santimetr olan neft kəməri qopub və neft məhsulları 100 kvadratmetr əraziyə dağılıb.
Ümumilikdə 9 nəfər xəsarət alıb, onlardan 2-si uşaq, 5-i xəstəxanaya yerləşdirilib.
Rüfət
AzPolitika.info


Şərhlər