Menu

Blinkendən Ankaradakı terror aktı ilə bağlı bəyanat - FOTO

01.10.2023, 20:49
Blinkendən Ankaradakı terror aktı ilə bağlı bəyanat - FOTO

ABŞ Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktını pisləyir.

Bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) dərc olunmuş bəyanatında deyilir.

“Birləşmiş Ştatlar bu gün Ankarada Türkiyənin Daxili İşlər Nazirliyinə qarşı törədilən hücumu pisləyir. Zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq”, - bəyanatda bildirilir.

Blinken əmin edib ki, Birləşmiş Ştatlar “bütün formalarda terroru rədd edir və NATO tərəfdaşı olan Türkiyəni və türk xalqını qəti şəkildə dəstəkləyir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol