Menu

“Pakistanın İsraili tanımaq planı yoxdur” – XIN

02.10.2023, 13:22
“Pakistanın İsraili tanımaq planı yoxdur” – XIN

Pakistanın müvəqqəti xarici işlər naziri Cəlil Abbas Gilani digər müsəlman ölkələri tanısa belə, ölkəsinin İsraili tanımaq planını istisna edib.

Bu barədə jurnalistlərə açıqlama verən nazir bildirib ki, Pakistanın İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyi keçmişdə olduğu kimi qalacaq.

Gilani deyib ki, Pakistan 1967-ci ildən əvvəl mövcud olan sərhədləri və Qüdsü paytaxtı olaraq yaşayan müstəqil bir Fələstin istəyir: "Fələstin və ya Kəşmir olsun, Pakistan həmişə insanların öz müqəddəratını təyinetmə hüququna hörmət etməyə çağırıb”.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol