Rusiya Milli Qvardiyasının aviasiya eskadrilyasının hərbi qulluqçusu, “Qavr” ləqəbli Qavriçenko Birləşmiş Ərəb Əmirliklərindəki ABŞ səfirliyinə təslim olub.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Spy Dossier” “Telegram” kanalı məlumat yayıb.
Məlumata görə, baş leytenant sentyabrın sonunda ailəsi ilə birlikdə Dubaya istirahətə yollanıb. Daha sonra isə ABŞ səfirliyinə gəlib və Ukraynaya qarşı döyüşmək istəmədiyini, hər cür əməkdaşlığa hazır olduğunu bildirərək təslim olub.
Rusiya Federal Təhlükəsizlik Xidməti rus pilotla bağlı araşdırmalara başlandığını bildirib.
“AzPolitika.info”


Şərhlər