Ukraynanın “Dron Ordusu” keçən həftə Rusiya artilleriyasına rekord sayda zərbə endirib.
“AzPolitika.info” «Ukrainskaya pravda»ya istinadla xəbər verir ki, bunu Baş nazirin innovasiyalar üzrə müavini, rəqəmsal transformasiya naziri Mixail Fedorov Telegram-da bildirib.
Onun sözlərinə görə, həftəlik zərbə statistikasına görə, ötən həftə Ukrayna «Dron ordusu» üçün «ən məhsuldar həftə» olub.
Fedorov qeyd edib ki, ötən həftə Ukrayna dronları Rusiyanın müxtəlif 69 topunu, 17 özüyeriyən artilleriya qurğusunu məhv edib. Ümumilikdə dron operatorları düşmənin 220 avtomobilini, o cümlədən 33 tank, 41 yük maşını və “bir sıra digər texnikanı” vurub.
Rüfət
AzPolitika.info


Şərhlər