Menu

“Qarabağdan çıxmaq istəyən insanları saxlaya bilmərik” - Lavrov

02.10.2023, 22:03
“Qarabağdan çıxmaq istəyən insanları saxlaya bilmərik” - Lavrov

Qarabağdakı vəziyyətlə bağlı Rusiya sülhməramlıları əllərindən gələni edirlər.

APA xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Biz Qarabağdan Rusiyaya getmək istəyən insanların qarşısını ala bilmərik. Biz azərbaycanlı həmkarlarımızla Qarabağda vəziyyəti sabitləşdirmək, orada etimadı gücləndirmək, normal həyatın bərpasını, ermənilərlə azərbaycanlıların ümumi yaşayışı üçün şərait yaradılması üçün çalışırıq”, - deyə Lavrov bildirib.

Rusiyanın baş diplomatı ümid edir ki, İrəvan da bu məsələdə maraqlı olar və bunun üçün səy göstərər.

Şərhlər

Tahir 2023-10-02 22:21:45

İki, üç və s. biri birindən xoşu gəlməyən, hətta düşmən xalqları bir status altında yaşamağa məcbur etməklə rahat idarə etmək Stalin prinsipi idi. Kabardin -Balkar, Çeçen- İnquş və s. Respublikaları.. Artıq buna son qoymağın zamanıdır vəssalam..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol