Menu

İran Prezidenti Armen Qriqoryanla regiondakı durumu müzakirə edib

03.10.2023, 11:22
İran Prezidenti Armen Qriqoryanla regiondakı durumu müzakirə edib

İran Prezidenti İbrahim Rəisi Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

“Report” xəbər verir ki, məlumat Ermənistan Təhlükəsizlik Şurası yayıb.

Görüşdə regional təhlükəsizlik, münaqişələrin dialoq yolu ilə həlli və sərhəd toxunulmazlığı məsələləri müzakirə edilib. Tərəflər İranla Ermənistan arasında əlaqələrin inkişaf ilə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Armen Qriqoryan oktyabrın 2-də İrana işgüzar səfərə gedib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol