Menu

Rusiyada orduya çağırş başlayıb - Şoyuq səfərbərlik olmayacağını deyir

03.10.2023, 15:25
Rusiyada orduya çağırş başlayıb - Şoyuq səfərbərlik olmayacağını deyir

“Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı vətəndaşların Ukraynadakı müharibəyə səfərbər edilməsini planlaşdırmır”.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı müdafiə naziri Sergey Şoyqu məlumat verib.

Şoyqunun sözlərinə görə, orduda xüsusi hərbi əməliyyat keçirmək üçün kifayət qədər hərbi personal var.

Nazirin bəyanatı atipikdir - bir qayda olaraq, Rusiyanın ali rəhbərliyinin nümayəndələri mümkün səfərbərlik məsələsini şərh etmirlər.

Rusiyada ilk səfərbərlik cəbhədəki bir sıra uğursuzluqlardan sonra 21 sentyabr 2022-ci ildə elan edilib. Prezident Vladimir Putin daha sonra bu addımın Baş Qərargahın tövsiyəsi ilə atıldığını bildirib. Rəsmi məlumatlara görə, ehtiyatda olan 300 min nəfər orduya çağırılıb. Səfərbərlik haqqında fərman qüvvədə qalır. Onun sözlərinə görə, səfərbər olunanlar yalnız Ukraynada müharibə başa çatdıqdan sonra ordudan qayıda biləcəklər.

Şoyqunun sözlərinə görə, son bir il ərzində ordu və ya könüllü qüvvələrlə 335 min nəfər, təkcə son bir ayda isə 50 min nəfər müqavilə imzalayıb. Bu rəqəmləri müstəqil şəkildə təsdiqləmək mümkün deyil.

Rusiyada hazırda hərbi xidmətə payız çağırışı mövsümüdür. Ötən il hərbi xidmətə çağırışın başlanması səfərbərliyə görə təxirə salınmışdı. Şərhçilər qeyd ediblər ki, hərbi idarə üçün eyni vaxtda iki çağırış təşkil etmək asan olmayacaq.

Hakimiyyət çağırışçıların cəbhəyə göndərilməyəcəyini iddia edir. Lakin çağırışçılara xidmətə başladığı ilk gündən Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa icazə verilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol