Menu

Zelenski Avropa İttifaqını İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb

03.10.2023, 21:16
Zelenski Avropa İttifaqını İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Ukrayna prezidenti Vladimir Zelenski Avropa İttifaqını İrana qarşı əlavə sanksiyalar tətbiq etməyə çağırıb.

"AzPolitika.info" Ukrayna mətbuatına istinadla bildirir ki, Zelenski bu tələbini iranın Rusiyaya PUA-larla dəstək verməsi ilə əsaslandırıb.

“Həssas sektorlarda, xüsusən də avadanlıq və kimyəvi maddələrin idxalında İrana qarşı sanksiyaların genişləndirilməsi də vacibdir. Ukraynanın Avropa şəhərlərinə zərbələr endirən İranın hər bir pilotsuz təyyarəsi sanksiyaların tətbiq edilməsinə səbəb olur”, - deyə Zelenski Kiyevdə Avropa İttifaqının Xarici İşlər nazirlərinin görüşündə çıxışı zamanı bildirib.

Qeyd edək ki, Tehran və Moskva Kiyevin İranın Rusiyaya silah göndərməsi ilə bağlı ittihamlarını dəfələrlə rədd ediblər. Lakin bundan əvvəl Tatarıstanda iran və Rusiyanın birgə pilotsuz təyyarə zavodu açacağı haqda da məlumatlar yayılmışdı.

Rüfət

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol