Menu

"Qarabağı tərk edən erməni sakinlər qayıtmaq hüququnu özlərində saxlayır" - Elçin Əmirbəyov

03.10.2023, 22:19
"Qarabağı tərk edən erməni sakinlər qayıtmaq hüququnu özlərində saxlayır" - Elçin Əmirbəyov

Qarabağı tərk edən erməni sakinlər qayıtmaq hüququnu özlərində saxlayırlar.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın “Radio J” radio kanalına müsahibəsində bildirib.

Aparıcının “Siz effektiv şəkildə izah edirsiniz ki, Qarabağda yaşayan ermənilər getməkdə və qalmaqda sərbəstdirlər... Niyə onların hamısı getməyi seçiblər” sualına cavabında Elçin Əmirbəyov deyib:

“Bəli, bu, çox yaxşı sualdır. Ona görə ki, biz, Azərbaycan hökuməti olaraq anti-terror tədbirləri başlayandan bəri mülki əhaliyə elan etmişdik ki, onlar bu hərbi tədbirlərin hədəfi deyillər. Əksinə, çalışıldı ki, onlar qalmaqlarına əmin edilsinlər. Bilmirəm. Ola bilər ki, qeyri-qanuni separatçı qurum bütün silah-sursatı təhvil verdikdən sonra mülki əhalı öz təhlükəsizliyindən çox əmin olmadı. Hətta bir həftədən bəri onların yerlərini tərk etməmələri üçün çox cəhdlər olmuşdu. Onlara lazımi humanitar yardımlar göstərilmişdi. Dərman preparatları, ambulanslar, digər ləvazimatlar göndərilmişdi. Elektrik verilişi bərpa edilmişdi. Radio və televiziyalar vasitəsi ilə də analoji çağırışlar edilmişdi ki, həmin əhali arasında panika olmasın. Bu həqiqətdir ki, evlərini tərk etmək qərarı onların özlərinin şəxsi və könüllü qərarıdır. Biz bundan təəssüf hissi keçiririk. Bir daha deyilir ki, əlbəttə, bu insanlar, onlar öz evlərinə qayıtmaq hüququnu özlərində saxlayırlar”.

Şərhlər

Roma 2023-10-04 10:05:53

Azərbaycan Laçın dəhlizini qoyaraq ermənilərin tam sərbəst hərəkətlərinin qarşısını nisbətən aldı. Hansı ki, Qarabağ bizim ərazi olduğundan təbii ki, Qarabağ ermənisi də hüquqi baxımdan bizim vətəndaşdır. Naxçıvana Zəngəzur dəlizinin isə nə vaxt açılacağını bir ALLAH bilir???

Roma 2023-10-04 09:30:53

Gediblər dallarıycada qara bir daş...necə yəni kefləri istəyəndə qayıda bilərlər və s...bəsdi onlara aftafa tutdub qudurtduğ bu köpəyuşağını...və bilinki, birmənalı olaraq erməninin yaxşısı yoxdur, Qarabağ ermənilərin ucdantutma hamısı bizə düşməndir vəssalam...

Aslan 2023-10-03 23:32:58

Yam yanlış düşüncədir..

Aərbaycanlı 2023-10-03 23:30:02

Yanlış ifadədir~Nə hüquq,nə qayıtmaq?Yenə qarışıqlıq istəyirsiniz?Bu erməni milləti yalnız qan-,qada,yaramazlıq toxumundan əmələ gəliblər.!(905.1991 illər. nə tez yaddan çıxır.Onlar gedib.dallarınca da bir qara daş! Heç zaman onlar müsəlmanın dostu olmayıblar.Hansı idarədə erməni olubsa o idarələrdə həmişə qarışıqlıq ,narahatlıq və intriqa olub.Gediblərsə onlara qayıdışa icazə vermək Azərbaycan xalqına qarşı cinayət hesab olunmalıdır.Bir də Azərbaycan vətəndaşı olmayan,Azərbaycan vətəndaşlığını atanların yenidən ölkyə buraxılması nə emək olduğunu anlamaq vacibdir.Onlardan gözləntimiz nə ola bilər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol