Krımın Sevastopol vilayətinin Rusiya tərəfindən təyin olunan «qubernatoru» Mixail Razvojayevin dediyinə görə, oktyabrın 3-də axşam saatlarında yarımada sahillərində Ukraynaya aid «Neptun» qanadlı raketi və bir PUA məhv edilib.
"AzPolitika.info" «Ukrainskaya Pravda»ya istinadla xəbər verir ki, Rusiya MN sadəcə raketin vurulması barədə məlumat verib. Nazirlikdən bildirilir ki, hava hücumundan müdafiə sistemləri raketi saat 20:30-da vurub. Saat 20.30-da yarımadada hava hücumu xəbərdarlığı elan edilib və bu, təxminən 50 dəqiqə davam edib.
Qeyd edək ki, son günlər Ukrayna silahlı qüvvələri mütəmadi şəkildə Krım yarımadasında müxtəlif hədəfləri vurmağa davam edir və Rusiyanın Qara dəniz donanmasının qərargahı və bir neçə gəmi də məhv edilib. Rəsmi Kiyev bəyan edib ki, Rusiyanı Krımdakı qüvvələrini «neytrallaşdırana» qədər zərbələr davam edəcək.
Rüfət


Şərhlər