Menu

Azərbaycan Prezidenti Qranadaya getməyəcək

04.10.2023, 14:24
Azərbaycan Prezidenti Qranadaya getməyəcək

Məlum olduğu kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa siyasi birliyinin İspaniyanın Qranada şəhərində keçiriləcək sammitinə qatılmayacaq. Bunun Ərdoğanın səhhətilə bağlı olduğu, Türkiyə Prezidentinin soyuqdəymə keçirdiyi bildirilir. Ərdoğan bu üzdən hakim AKP-nin parlament iclasına da qatılmayıb.

Bu arada Azərbaycan Prezidenti İlham Əliyevin də Qranadaya getməyəcəyi barədə məlumatlar yayılıb. 

“Haqqın.az” yazıb ki, ölkə başçısı Qranadada Avropa İttifaqı rəhbərliyi, eləcə də Almanaiya və Fransa başçılarının iştirakı ilə Nikol Paşinyanla görüşə qatılmaqdan imtina edib. Buna səbəb Fransanın tutduğu destruktiv mövqe və Fransa ilə Almaniya rəhbərlərinin həmin görüşdə Türkiyə Prezidentinin iştirakının əleyhinə olmasıdır. Məlumata görə, bu halda Azərbaycan dövlət başçısı danışıqlardan imtina edib.

“AzPolitika.info”

Şərhlər

Türk Turan 2023-10-04 17:55:33

Əla, təşəkkür edirik cənab prezidentə!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol