Menu

Hakan Fidan terrorçulara xəbərdarlıq edib

04.10.2023, 17:15
Hakan Fidan terrorçulara xəbərdarlıq edib

Bundan sonra İraq və Suriyada PKK/YPG-yə məxsus bütün obyektlər Türkiyənin təhlükəsizlik qüvvələrinin qanuni hədəfidir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada Şimali Kipr Türk Respublikasının (KKTC) xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Ankarada Daxili İşlər Nazirliyi qarşısında terror aktını törədən iki şəxs məhz Suriyadan ölkəyə gəlib: “Üçüncü tərəflərə PKK/YPG obyektlərindən və onlara bağlı şəxslərdən uzaq durmalarını tövsiyə edirəm”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol