“Azərbaycan Prezidenti İlham Əliyevin Qranada səfərindən imtina etməsini təqdir edirik”.
“Report” xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çəlik mətbuata açıqlamasında deyib.
O bildirib ki, Fransa uzun müddət Ermənistanı müdafiə edib: “Fransanın beştərəfli görüşdə iştirak etməsi, Türkiyənin iştirak etməməsi yolverilməzdir. Azərbaycan Prezidenti də bununla bağlı mövqeyini ortaya qoydu”.
Ö.Çəlik söyləyib ki, Fransa hələ də Ermənistanın işğalçı olduğunu demir: “Azərbaycan isə öz işini çoxdan həll edib. Artıq Qarabağ məsələsi həllini tapıb”.
AK Parti nümayəndəsi qeyd edib ki, beynəlxalq ictimaiyyət sülh istəsəydi, Türkiyənin görüşdə iştirakında maraqlı olardı.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı, Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya getməkdən imtina edib. Buna səbəb nəzərdə tutulan beştərəfli görüşdə iştirakçı olan Fransanın destruktiv mövqe tutması, eləcə də Paris və Berlinin Türkiyənin görüşdə iştirak etməsi ilə bağlı fikir ayrılığıdır.


Şərhlər
Azərbaycan görüşlərdən bezmiş ölkədir.O boyda BMT-də 4 qətnamə qəbul edildi,ATƏT 30 ildi gəldi yedi-içdi-qusdu getdi,noldu axırı?Biz özümüz yerinə yetirmədikmi o qətnamələri 30 il sonra?44 günlük savaş sonunda yenə görüşdük qərarlaşdıq ki,murdarməramlılar erməni qor-qoduğunu Qarabağdan çıxarmalıdırlar.Çıxardılarmı?3 ildən sonra yenə də biz yerinə yetirmədikmi o qərarı da?Özümüz öz işimizi həll edəcəydiksə nəyə lazım idi o görüşlər,o qərarlar?Üstəlik,niyə hər dəfə görüşlərdə ancaq və ancaq xristian ölkələri,xristian klubları olmalıdı?O tərəfdən iki xristian ölkəsi olacaqsa biz tərəfdən də Türkiyə və Pakistan olsun.Bir tək Fransa olacaqsa biz tərəfdən bir tək Türkiyə olsun.Üç xristian ölkəsi olacaqsa biz tərəfdən Türkiyə,Pakistan,Səudiyyə Ərəbistanı olsun.Avropa İttifaqı olacaqsa biz tərəfdən İslam Konfransı Təşkilatı olsun.Balans qorunmalı deyilmi?Ermənistanı açıq-aşkar xristiandı deyə yedəklərinə alan səlibçilər öz qarşılarında müsliman birliyini görməlidirlər mütləq.Belə olmazsa bütün görüşlərdən imtina etmək lazımdır,yoxsa Osmanlı meydanda qazandıqlarını hiyləgər xristian masalarında addım-addım itirdiyi kimi biz də başımıza hörmək istədikləri hiyləgər qərarlarla möhtəşəm qələbəmizi itirə-itirə gedəcəyik.Xristian dünyasının istədiyi də budur.Ermənistan bizim qonşumuzdur,bir arzusu-diləyi varsa,qonşu qonşudan bir şey istəyəndə necə birbaşa,vasitəçi olmadan qapını döyüb sözünü deyərsə elə etməlidir.Burdan bura danışmaq,söhbətləşmək mümkün olduğu halda gedib uzaq İspaniyada,Brüsseldə-filanda niyə görüşməliyik?Yoxsa Azərbaycan gəlsin filan yerə,söhbətləşək.A balam,Azərbaycanın Fransanın,Amerikanın,Almaniyanın dədəsinə borcu var ki,gəl deyən kimi gəlsin.Gəlmirəm,cəhənnəm olun.