Menu

Rusiya təyyarələri İranda təmir olunacaqlar - TEHRANDAN AÇIQLAMA

04.10.2023, 17:39
Rusiya təyyarələri İranda təmir olunacaqlar - TEHRANDAN AÇIQLAMA

Rusiya Federasiyasının təyyarələri İranda texniki xidmət və təmirdən keçəcək. Bunu İslam Respublikasının elm və texnologiya üzrə vitse-prezidenti Ruhullah Dehqani Firuzabadi deyib. 

"AzPolitika.info" bu barədə İRNA-ya istinadla xəbər verir.

“Rusiya tərəfi İran şirkətləri ilə Rusiya Federasiyasından gələn təyyarələrin İslam Respublikasında texniki xidmət və təmirdən keçməsini nəzərdə tutan bir neçə böyük müqavilə imzalayıb”.

Vitse-prezident bildirib ki, İran təyyarə mühərriklərinin ən böyük təchizatçılarından biridir və İslam Respublikasının təyyarə mühərriklərinə texniki xidmət və təmir üzrə qabaqcıl mütəxəssisləri var.

Bundan əvvəl Moskva və Tehran təyyarə və helikopterlərin əsaslı təmiri və istehsalı sahəsində əməkdaşlıq haqqında saziş imzalamaq barədə razılığa gəliblər. Avqustun 6-da İslam Respublikasında keçirilən danışıqlarda İranın ticarət, sənaye və mədənlər nazirinin müavini Mənuçöhr Manteqi və Yakovlev PJSC-nin baş direktoru Andrey Boqinski iştirak ediblər. 

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol