Menu

MEDİA jurnalistlər üçün təlim keçirib – FOTOLAR

05.10.2023, 11:54
MEDİA jurnalistlər üçün təlim keçirib – FOTOLAR

3-4 oktyabr tarixlərində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Rəqəmsal xəbərlərin oxunaqlılığının artırılması üçün müasir strategiyalar” mövzusunda təlim keçirilib.

“AzPolitika.info” xəbər verir ki, təlimdə 50-yə yaxın müxtəlif media qurumundan 100-dən artıq jurnalist iştirak edib.

Təlimin ilk günündə “Albayrak” Media Qrupunun tərkibindəki “GZT” rəqəmsal platformasının baş redaktoru Doğukan Gezer, qurumun digər əməkdaşları Kerim Asker və Suat Özdemir mühazirə ilə çıxış ediblər. Türkiyəli mütəxəssislər “Rəqəmsal mediada xəbərin hazırlanma mərhələləri”, “Xəbərin cəlbedici təqdim olunması”, “Rəqəmsal mediada proqnozlaşdırma və təhlil” mövzuları üzrə öz bilik və bacarıqlarını yerli jurnalistərlə bölüşüblər.

Təlimin ikinci günündə isə master-klas və vörkşoplar təşkil olunub.

“Yaxşı məzmun nədir? Rəqəmsal mediada fərq yaradanlar” mövzusunda master-klas keçən Doğukan Gezer və Suat Özdemir sosial mediada güclü brendin formalaşdırılması, daha böyük kütləyə çatmaq üçün paylaşıla bilən məzmunun yaradılması, rəqəmsal xəbərlər üçün ödənişli reklam, influnserlər ilə əməkdaşlıq, e-mail marketinqi və bülletenlərin gücündən istifadə barədə danışıblar.

Növbəti mərhələdə Kerim Asker “Rəqəmsal mediada dizayn” mövzusunda keçirdiyi vörkşop zamanı videonun istehsal mərhələləri, veb-sayt dizaynının və istifadəçi təcrübəsinin optimallaşdırılması və fərdiləşdirmə təcrübələrinin həyata keçirilməsi barədə geniş məlumat verib.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol