Menu

“Ermənistanın ağalarının sayı artıb” – “Bircə İran hərbçiləri qalmışdı...”

05.10.2023, 12:11
“Ermənistanın ağalarının sayı artıb” – “Bircə İran hərbçiləri qalmışdı...”

“Bircə İran hərbçilərinin Qərbi Zəngəzurda “müşahidəçi” adı altında yerləşməsi qalıb ki, Tehran indi də bunu Ermənistana qəbul etdirməyə çalışır”.

“AzPolitika.info” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqerinin “İran Ermənistan-Azərbaycan şərti sərhədinə öz müşahidəçilərini göndərməyə hazırdır” bəyanatını şərh edərkən deyib.

Onun sözlərinə görə, Məhəmməd Baqeri bununla ABŞ, Avropa İttifaqı və Rusiyaya “Ermənistanda biz də olmaq istəyirik” mesajını vermək istəyib.

“Ermənistan əvvəllər Rusiyadan asılı idi, Kremlin vassalı idi, indi İrəvanın ağalarının sayı artıb. Baş nazir Nikol Paşinyandan bir etiraf da gəlməlidir ki, “biz Ermənistanı təhlükəsizliyini təmin edə bilmirik, qoy maraqlı dövlətlərin hamısının ölkəmizdə hərbi qüvvələri yerləşsin”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol