Pakistan Tehreek-e-Insaf (PTI) sədri, İmran Xanın yaxın köməkçisi Usman Dar 9 May hadisələri ilə bağlı partiyası və siyasəti ilə vidalaşıb.
Özəl televiziya kanalına verdiyi müsahibəsində Usman Dar deyib ki, 9 May hadisələrinin əsas motivi Silahlı Qüvvələrin Quru Qoşunları komandanı ordu generalı Asim Muniri devirmək idi.
U.Dar, PTI sədrinin həbs olunacağı təqdirdə partiya fəallarına həssas obyektlərə hücum etmələrini tapşırdığını söyləyib. Həssas qurğuların hədəf alınması ilə bağlı göstərişi İmran Xanın özü verib: "2022-ci ilin oktyabrında partiyanın uzun yürüşündə general Asim Munirin ordu rəisi təyin edilməsinin dayandırılmasına qərar verilib. May hadisəsi bir gündə baş verməyib. 9 May hadisələri ilə bağlı planlar partiya sədrinin yanında Zaman parkında cızılıb. PTI sədri həbs olunmamaq üçün partiya fəallarının beynini yuyurdu".
Usman Dar
U.Dar, 9 Mayın mümkün qədər pislənilməli olan utanc verici bir hadisə olduğunu deyib. Əlavə edib ki, 9 May qaranlıq bir ləkədir və onun yuyulması vaxt aparacaq.
O, dövlət obyektlərinə edilən hücumlardan sonra PTİ-nin təməlinin laxladığını müşahidə etdiyini vurğulayıb.
SƏMLA
AzPolitika.info


Şərhlər