“Azərbaycan Prezidenti İlham Əliyevin Qranadada Ermənistanın Baş naziri Nikol Paşinyanla beştərəfli formatda görüşdən imtina etməsi məntiqlidir.
“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ-da yaşayan azərbaycanlı politoloq Ramiz Yunus bildirib.
Onun sözlərinə görə, Fransa və Almaniyanın iştirakı ilə, lakin Türkiyənin iştirakı olmadan Azərbaycan və Ermənistan arasında danışıqların istənilən formatı siyasi baxımdan qeyri-mümkündür və ona görə də, tamamilə məntiqlidir ki, Azərbaycan Prezidenti Qranada görüşünə getməkdən imtina edib.
“Buna baxmayaraq, bu ilin sonuna qədər Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması ehtimalı çox yüksək olaraq qalır. Əsas odur ki, Ermənistanın Avropa və ABŞ-dakı himayədarları keçmişin səhvlərini təkrarlamasınlar, Azərbaycan və Türkiyə əleyhinə informasiya siyasətləri ilə sülh prosesinə zərbə vurmasınlar. Konfutsinin dediyi kimi: “Əsas səhv keçmiş səhvlərinizi düzəltməməkdir”.
“AzPolitika.info”


Şərhlər
Çox sağ olun cənab,Ramiz Yunus, sizin şərhlərinizi bəyənirəm...məntiqlidir və reallığı əks etdirir.