Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Avropa İttifaqının rəhbərliyi Brüsseldə Ermənistan və Azərbaycan arasında növbəti danışıqları təşkil etmək üçün çalışır.
AzPolitika.info Qərb mediasına istinadla xəbər verir ki, Borrel Avropa Siyasi Birliyinin sammitinin keçiriləcəyi Qranadada jurnalistlərə deyib.
“Ümid edirəm ki, Brüsseldə Ermənistan və Azərbaycan arasında görüşlər təşkil etmək mümkün olacaq. Bu, münaqişənin genişlənməməsi üçün lazımdır. Bundan əlavə, Ermənistanda siyasi sabitliyə nail olmaq lazımdır”.
Borrell Azərbaycan və Türkiyə liderlərinin Avropa İttifaqının Qranadada keçirilən sammitində iştirak etməməsindən təəssüfləndiyini bildirib.
Rüfət
AzPolitika.info


Şərhlər
Bu Josep Borrell , özünü nadan , avam adam kimi düşünməyə məcbur edir, məgər, Josep Borrell ,
bilmir ki, Kremlin tesiri - tezyiqi , çox böyükdür Azərbaycan hakimiyyətinə ?????