Menu

“Rusiya 2028-ci ildə Baltikyanı ölkələrə hücum edə bilər” – Zelenski xəbərdarlıq edib

05.10.2023, 17:38
“Rusiya 2028-ci ildə Baltikyanı ölkələrə hücum edə bilər” – Zelenski xəbərdarlıq edib

Ukrayna kəşfiyyatında Rusiyanın Ukraynaya qarşı müharibənin dondurulması ssenarilərini nəzərdən keçirdiyi barədə məlumatlar var.

“AzPolitika.info” saytının UNİAN-a istinadla verdii məlumata görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Qranadada (İspaniya) Avropa Siyasi Birliyinin 3-cü sammitinin ilk sessiyası zamanı deyib.

Oun sözlərinə görə, bu, Rusiya Federasiyasına öz məhv edilmiş hərbi potensialını bərpa etməyə və 2028-ci ilə qədər Baltikyanı ölkələrə qarşı yeni müharibəyə başlamağa imkan verəcək.

"Həmişə olduğu kimi, sizinlə səmimi olacağam. İndi Rusiya qarşıdakı illər üçün müxtəlif ssenarilər nəzərdən keçirir. Onlardan biri xüsusilə təhlükəlidir. Əgər Ukraynaya qarşı bu təcavüzdə hər hansı bir fasilə yaranarsa - vəziyyətin hər hansı dondurulması olarsa, o zaman olacaq yeni bir kritik an", - Zelenski deyib.

Zelenskinin fikrincə, əgər Rusiyaya indi uyğunlaşmağa icazə verilsə, o zaman 2028-ci ilə qədər Kreml Ukraynanın pozduğu hərbi potensialı bərpa edə biləcək. Beləliklə, dövlət başçısının fikrincə, Rusiya ekspansiyasının diqqət mərkəzində olan ölkələrə hücum etmək üçün kifayət qədər gücə malik olacaq.

"Ukraynadan başqa, bu, şübhəsiz ki, Baltikyanı ölkələrdir və məhz ərazilərində Rusiya kontingentinin olduğu ölkələrdir. Bu, bizim kəşfiyyatımızın açıq-aydın məlumatıdır. Biz sizə bu barədə siqnal veririk", - o deyib.

Ukrayna Prezidenti vurğulayıb ki, Rusiya vəziyyəti dondurmaq və uyğunlaşmaq üçün imkanlar axtarır, səhvlərindən nəticə çıxarır və yoluna davam etməyə hazırlaşır.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol