Ötən gün hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilən “Qazaxlı Alik”in oğlu, Milli Fədailər Hərəkatının sədri Fuad Muradovun nədə ittiham olunduğu məlum olub.
Lent.az xəbər verir ki, iş üzrə beş zərərçəkmiş var.
İttihama görə, Fuad Muradov tanışı olan G. Nəbiyeva (ad-soyad şərtidir) və Z. Əbilovla (ad-soyad şərtidir) əlbir olaraq zərərçəkmişləri şantaj edib.
Belə ki, iş üzrə zərərçəkmiş beş nəfərin qadınla intim görüntüləri çəkilib, onlar həmin görüntüləri zərərçəkmişlərin ailə üzvlərinə göndərəcəkləri hədəsi ilə ümumilikdə 20 min manata qədər pul tələb edərək alıblar.
İş üzrə zərərçəkənlər Fuad Muradov və digərləri barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə müraciət ediblər.
Müraciət əsasında hər 3 nəfər saxlanılıb. Onlar barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etməkdə) maddəsi ilə ittiham verilib.
Müstəntiqin təqdimatı əsasında Nərimanov rayon Məhkəməsi tərəfindən Fuad Muradov və digərləri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.


Şərhlər
Elə kök adamlar var ki,arıqlamaq istəyir,amma arıqlaya bilmir.Mən kök olmadığım və hər gün ət tapmadığım üçün heç cür təsəvvür edəmmirəm quzu kababından necə imtina etmək olar arıqlamaq xatirinə.Kabab ola,mən yeməyəm?Yanında da alça arağı gəl-gəl desin?Onnansa vurum başımı divara.Elə arıq adamlar da var ki,azca da olsa kökəlmək istəyirlər,amma nə sirrdisə kökələmmirlər.Ət də yeyirlər,tort da yeyirlər,xaş da yeyirlər,kökələmmirlər.Sonradan başa düşdüm ki,məmurların el malını çalıb çapdığı cəmiyyətlərdə vicdanlı adam varsa nə yesə də kökəlməz,vicdansız adam isə su içəndə də kökələr.
Boyunuzu yerə soxum adlarını fədailər qoyub burunlarını onuñ bunun pastelinə soxan şərəfsizlər belələrini örürlük həbs etmək lazımda ayrı vaxt....