Menu

İşğaldan azad edilmiş Sırxəvənd kəndində narkotik plantasiyaları aşkarlanıb

06.10.2023, 15:19
İşğaldan azad edilmiş Sırxəvənd kəndində narkotik plantasiyaları aşkarlanıb

"Sentyabrın 19-da Azərbaycan Ordusunun keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın nəzarətinə keçən daha bir ərazidə narkotik plantasiyaları aşkarlanıb".

"Report"un Ağdama ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ağdamın Sırxəvənd kəndində narkotik plantasiyaları aşkarlanıb. Ərazidə həmçinin 4 ədəd "Kalaşnikov" tipli avtomat tapılıb. Terrorçular avtomatlardan ərazinin mühafizəsi üçün istifadə edib.

E.Hacıyev ərazinin xüsusi nəzarətlə mühafizə olunduğunu bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol