Menu

Azərbaycanın “Şahdəniz”dən gəlirləri azalıb

06.10.2023, 16:07
Azərbaycanın “Şahdəniz”dən gəlirləri azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 1 183 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 2,15% azdır.

ARDNF-dən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin eyni dövründə bu rəqəm 1 209 mln. ABŞ dollarına bərabər olub.

Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2023-01.10.2023 tarixinə) 259,554 mln. ABŞ dolları olub, bu da isə 21% azalma deməkdir.

Qeyd edək ki, 2022-ci ilin yanvar-sentyabr aylarında ARDNF kondensatın satışından 328,567 mln. ABŞ dolları əldə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol