“Paşinyan hakimiyyəti Qaranada görüşündə imzalanan bəyanatı qələbə kimi təqdim edir”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Ermənistan Milli Konqresinin sədr müavini Levon Zurabyan “Facebook” səhifəsində yazıb.
Qeyd edək ki, Ermənistan Baş nazirinin aparat rəhbəri Arayik Arutyunyan “X” sosial şəbəkəsindəki hesabında “Ermənistan Qranadada ciddi qələbə qazanaraq istədiyinə nail oldu” yazıb.
Zurabyan isə hakimiyyətdən fərqli olaraq Qranada görüşünü belə dəyərləndirib:
“- Ermənistan yenidən birtərəfli qaydada SSRİ Silahlı Qüvvələri Baş Qərargahının ən son xəritələri əsasında Qarabağ və anklavlar da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdı;
- Əliyev Qranadaya gəlmədi və Qərb formatı çərçivəsində Ermənistanın birtərəfli qaydada qəbul etdiyi sülh sənədini imzalamadı, Ermənistanın, nə də Qarabağdakı ermənilərin qarşısında hər hansı öhdəlik götürmədi;
- Əslində Prezident Əliyev Qərb formatından istifadə edərək Ermənistan tərəfindən Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına nail oldu;
- Ermənistan yalnız Avropa İttifaqı, Fransa və Almaniyadan ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığına dəstək və maddi yardımla bağlı təminat alıb”.
“AzPolitika.info”


Şərhlər