İsmayıllı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Rövşən Sadıxov və Ağ Şəhər Layihəsinin icraçı direktoru, tanınmış iş adamı Ruslan Sadıxova ağır itki üz verib.
Oxu.Az xəbər verir ki, Sadıxov qardaşlarının atası, tanınmış tibb işçisi Oqtay Sadıxov ötən gün dünyasını dəyişib.
Qeyd edək ki, Oqtay Sadıxov uzun müddət səhiyyə sistemində müxtəlif vəzifələrdə çalışıb.
Allah rəhmət eləsin!


Şərhlər
Bu dəqiqə Azərbaycanın filan rayonundan bir dostum mənə zəng edib dedi ki,filan kənddə əmim vardı,gecə rəhmətə gedib.Dedim övladlarından yüksək vəzifədə olanı varmı?Dedi yox,hamısı acınnan günorta durur.Dedi niyə soruşdun ki?Dedim deputatdan,polis rəisindən,nazir müavinindən,bədəbəddə JEK müdürünnən,bazarkomnan-zaddan olan olsaydı bu kədəri bütün respublikaya car çəkə bilərdilər,hamı məyus olardı.Heyf.
Nakam gedib,heç yaxşı olmadı,operativ işləyirsiniz,olduqca vacib bir xəbər yaymısınız,eşq olsun ..zurnaçılara