Menu

Paşinyan MDB sammitinə videobağlantı ilə qoşula bilər - Kremldən açıqlama

06.10.2023, 23:42
Paşinyan MDB sammitinə videobağlantı ilə qoşula bilər - Kremldən açıqlama

Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 13-də Bişkekdə keçiriləcək MDB sammitində videobağlantı vasitəsilə iştirak edə bilər. 

"AzPolitika.info" TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov “Moskva. Kreml. Putin” verilişinə şərhində bildirib.

Rusiya Prezidentinin köməkçisi MDB-nin Bişkek sammitində Rusiya Prezidenti Vladimir Putinlə Paşinyan arasında görüşün olub-olmayacağı barədə suala cavab verərkən deyib ki, Ermənistan dövlət başçısının Bişkekdəki tədbirdə iştirakı dəqiq deyil.

“Paşinyan ora gəlib-gəlməyəcəyini bilmirəm. Bunun videokonfrans vasitəsilə olacağı ilə bağlı məlumatlar var”, — deyə Uşakov vurğulayıb. 

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol