Menu

Xarici İşlər Nazirliyində protokol idarəsinin rəisi işdən çıxarılıb? - Rəsmi açıqlama

07.10.2023, 11:55
Xarici İşlər Nazirliyində protokol idarəsinin rəisi işdən çıxarılıb? - Rəsmi açıqlama

Sosial şəbəkələrdə Azərbaycan Xarici İşlər Nazirliyinin protokol idarəsinin rəisinin işdən çıxarılması ilə xəbərlər yayılıb.

Yayılan məlumatlarda xarici işlər naziri Ceyhun Bayramovun əmri ilə nazirliyin Protokol idarəsinin rəisi Ramil Rzayev işdən çıxarılıb

Məsələ ilə bağlı Nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildiirlib ki, nazirlikdə daxili rotasiya olub

"Bu işdən çıxarılma deyil. Daxili rotasiya olub. Ramil Rzayev başqa idarənin rəisi təyin edilib. O, yeni vəzifəsinin icrasına 12 oktyabr tarixindən etibarən başlayacaq", - deyə əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol