“İsrail vətəndaşları, biz müharibə vəziyyətindəyik. Bu, əməliyyat, döyüş deyil, müharibədir və biz qalib gələcəyik”.
"AzPolitika.info" bu barədə «The Times of İsrael» nəşrinə istinadla xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ölkə əhalisinə müraciətində deyib.
O, İsrail vətəndaşlarını əmin edib ki, HƏMAS hücuma görə cavab verəcək.
Hökumət başçısı vətəndaşları ordunun və arxa cəbhədəki qurumların tapşırıqlarına əməl etməyə çağırıb.
"AzPolitika.info"


Şərhlər