Menu

İsraildə fövqəladə vəziyyət elan edilib

07.10.2023, 14:56
İsraildə fövqəladə vəziyyət elan edilib

İsraildə fövqəladə vəziyyət elan edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, hökumət aktiv şəkildə silahlı qüvvələri silahlandırır.

Qeyd edilib ki, bunun fonunda Fələstində liderlərin fövqəladə toplantısı çağırılıb.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından radikallar İsrail ərazisinə raket zərbələri endirib. Fələstin tərəfinin kütləvi raket atəşinə cavab olaraq, İsrail ordusu “Dəmir qılınclar” əməliyyatına başladığını elan edib.

HƏMAS-ın İsrailə hücumu nəticəsində yaralananlardan 545 nəfəri xəstəxanaya yerləşdirilib, hadisə nəticəsində azı 22 nəfər ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol