“Həmas təşkilatının İsrailə hücum qərarı başqa yerlərdə verilib. İsrail buna cavab olaraq həm Həmas təşkilatının Qəzza bölgəsindəki mövqelərini vuracaq, həm də ona maliyyə və silah-sursat ötürən Suriya və İrandakı mərkəzləri hədəf alacaq”.
“AzPolitika.info” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu şəxsi “Facebook” hesabından etdiyi paylaşımda bildirib.
Qəzzadakı radikal qüvvələrin İsrailə hücumunu şərh edən politoloq bildirib ki, bu, İsrail-Türkiyə münasibətlərinin gərginləşməsinə səbəb olacaq:“İsrailin zərbələri nəticəsində Həmas üzvləri ilə yanaşı mülki insanlar arasında da ölənlər olacaq və bu, Türkiyə-İsrail münasibətlərini yenidən gərginləşdirəcək. Türkiyə İsraili fələstinlilərin ölümündə ittiham edəcək. Beynəlxalq aləmdə də bu müharibə ikitirəlik yaradacaq. ABŞ və Avropa ölkələri İsrailə dəstək ifadə edərkən, Fələstinin müstəqlliyinin təmin edilməsi tələbini səsləndirənlər də olacaq”.
Politoloqun sözlərinə görə, son toqquşmalar İsrailin Fələstinin müstəqilliyini tanıması perspektivinə zərbə vurdu:“Müharibə fonunda İsraildə Baş nazir Benyamin Netanyahunun və onun radikal tərəfdarlarının mövqeyi güclənəcək. Yaxın Şərqdə artacaq gərginlik beynəlxalq aləmin Ermənistanın Qarabağla bağla ağlaşmalarına və yalvarışlarına diqqətini azaldacaq”.
"AzPolitika.info"


Şərhlər