Menu

HƏMAS İsrailin Qəzza zolağındakı keçmiş komandanını əsir götürüb

07.10.2023, 17:54
HƏMAS İsrailin Qəzza zolağındakı keçmiş komandanını əsir götürüb

İsrailin Qəzza zolağındakı diviziyasının keçmiş komandanı briqada generalı Nimrod Aluni HƏMAS silahlıları tərəfindən əsir götürülüb.

“Report” İranın “Hamshahri” saytına istinadən xəbər verir ki, bu barədə video yayılıb.

Məlumata görə, o, 2022-ci ilin avqustunadək İsrail ordusunun Qəzza zolağında komandan olub.

Bildirilib ki, HƏMAS silahlıları onu yaşadığı evin yanında tutublar. Generalın evi Fələstinlə sərhəddə yerləşir.

Briqada generalının sərbəst buraxılması istiqamətində HƏMAS-la İsrail nümayəndələri arasında danışıqlar gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol