Menu

Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu İsrailə hücumları pisləyib

07.10.2023, 18:40
Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu İsrailə hücumları pisləyib

Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun İsrailə qarşı genişmiqyaslı hücumlar ilə bağlı bəyanat yayıb.

Bəyanatı təqdim edirik: “Bu gün Qəzza sektorunun ərazisindən İsrailə qarşı baş vermiş, mülki obyektləri, yaşayış məntəqələrini və şəxsləri qəsdən hədəf alan raket zərbələri ilə müşayiət edilən hücumları qətiyyətlə pisləyirik.

Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu bu amansız hücumlarda həyatlarını itirmiş şəxslərin ailələrinə və yaxınlarına başsağlığı verir, yaralananlara isə şəfa diləyir.

Bu çətin zamanda İsrail xalqının yanındayıq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol