Menu

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO

08.10.2023, 22:06
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO

Köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, "VAZ- 2107" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində avtomobillərin sürücüləri - Aqil Əhmədov və Nizami Səfərov xəsarət alıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol