Menu

"Azərbaycan Gürcüstanın güvəndiyi müttəfiq və tərəfdaşıdır” - Ekspert

08.10.2023, 23:02
"Azərbaycan Gürcüstanın güvəndiyi müttəfiq və tərəfdaşıdır” - Ekspert

"Azərbaycan Gürcüstanın güvəndiyi müttəfiq və tərəfdaşıdır”.

Bu fikirləri "Report"un Gürcüstan bürosuna açıqlamasında iqtisadi elmlər doktoru, professor, iqtisadçı ekspert Otar Obesadze deyib.

“Hazırda ölkələrimizin müttəfiq olması strateji əhəmiyyət daşıyır. Bu birlikdən istifadə edərək daha çox iqtisadi layihələr həyata keçirilsə hər iki ölkənin daha da güclənəcək. Azərbaycan Prezidenti İlham Əliyevin bugünkü Gürcüstan səfəri iqtisadi əlaqələrimizi daha da gücləndirəcək", - ekspert bildirib.

Onun sözlərinə görə, Qara dəniz sahilində yeni "Anakliya" limanının tikintisi, eləcə də mövcud "Poti" limanının genişləndirilməsi müzakirə edilən aktual mövzular sırasında olub: "Anakliya ərazisində böyük gəmilərə xidmət göstərəcək dərin dəniz limanının tikintisi və layihənin Azərbaycanla birgə həyata keçirilməsi iki ölkə arasında iqtisadi dövriyyəni 300 %-dək artıracaq. Bu limanın tikintisindən sonra indiyədək Gürcüstan ərazisinə daxil ola bilməyən kreyserlər lövbər ala biləcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol