Menu

İsrail kəşfiyyatının əsas səhvlərindən biri məlum olub

09.10.2023, 09:10
İsrail kəşfiyyatının əsas səhvlərindən biri məlum olub

HƏMAS-ın hücumunu proqnozlaşdıra bilməyən İsrail kəşfiyyatının əsas səhvlərindən biri də süni intellektə açıq olması idi.

“Report” xəbər verir ki, bu fikri ABŞ kəşfiyyatının keçmiş zabiti Skott Ritter “Consortium News” nəşri üçün yazdığı məqalədə bildirib.

“İsrailin ölümcül səhvi “Divarların mühafizəsi” əməliyyatında (2021-ci ildə Qəzza zolağında keçirilən əməliyyat – red.) süni intellektin rolu ilə açıq öyünmək idi”, - Ritter yazıb.

Onun fikrincə, HƏMAS çox güman ki, İsrail tərəfindən toplanan məlumat axınına nəzarəti ələ keçirə bilib. Ekspert qeyd edib ki, İsrailin elektron kəşfiyyat bölməsi Qəzza zolağında müxtəlif növ kəşfiyyat məlumatlarının toplanmasına milyardlarla dollar xərcləyib. Ritterin sözlərinə görə, Qəzzanın “hər kvadratmetri hər on dəqiqədən bir” çıxarılır.

Bu kəşfiyyat həcmi İsrailin HƏMAS-a qarşı uğurla istifadə etdiyi süni intellekt tərəfindən işlənib, o, mükəmməl dezinformasiya planına riayət etməklə eyni səviyyədə rabitəni saxlayır.

Onun sözlərinə görə, bu texnika sayəsində İsrailin süni intellekt alqoritmləri “qəribə heç nə baş vermədiyinə” əmin idi.

Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.

Şərhlər

dadaşyev 2023-10-09 11:20:41

Bu, səbəbdən çox kəşfiyyatın təqsirini süni intellektin üstünə yıxmağa bənzəyir. Çünki əgər “HƏMAS doğrudan da İsrail tərəfindən toplanan məlumat axınına nəzarəti ələ keçirmiş” olsaydı MOSSAD bilməliydi ki,qulağının dibində olan HƏMAS İsrail tərəfindən toplanan məlumat axınına nəzarəti ələ keçirib.Çünki HƏMAS-ın hazırlığı bir saatın,bir günün,bir həftənin işi deyildi ki.Heç şübhəsiz MOSSAD içində Fransaya işləyən agentlər var.İsraildəki qırğın tam əminəm ki,Fransa-Tehran-Qəzzə yoluyla getmişdir.Anası yaşında arvadı alan kilkəbaş Makrondan nə desən gözləmək olar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol