Birləşmiş Millətlər Təşkilatı (BMT) missiyası növbəti dəfə Qarabağa səfər edib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, missiya üzvləri bu gün Ağdamdan Əsgəran-Xankəndi istiqamətində hərəkət edib.
Qeyd edək ki, BMT missiyası bundan öncə oktyabrın 1-də Qarabağda olub. Missiyanın məqsədi vəziyyətlə yerində tanış olmaq və sakinlərin humanitar ehtiyaclarını müəyyən etməkdir.


Şərhlər
Bəli dəə,işimiz var.Otuz il ATƏT gəldi qoyun-quzumuzu şişə çəkdi tut arağıynan,respublikada əti bahalaşdırıb getdilər,indi də BMT çöngələrimizi şişə çəkəcək gəlib gedə-gedə,çünki bu ATƏT-dən ağır çəkilidi hər halda.Amma tut arağıynan yeməsinlər,tut arağı dərmandı,onunla kabab-filan yeyilməz.Alça arağı verin,zəhər-zəqqum olsun.