Menu

"Beynəlxalq təcrid və sanksiyalar Rusiya-İran əlaqələrini gücləndirib" - Britaniya kəşfiyyatı

09.10.2023, 12:35
"Beynəlxalq təcrid və sanksiyalar Rusiya-İran əlaqələrini gücləndirib" - Britaniya kəşfiyyatı

Beynəlxalq təcrid və sanksiyalar Rusiya-İran əlaqələrini gücləndirib.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin hesabatında qeyd olunub.

Qeyd olunub ki, Rusiya-Ukrayna qarşıdurmasından sonra son dövrdə İranla münasibətlər daha da güclənib. İran Rusiyaya yüzlərlə hücum PUA-sı və artilleriya sursatları göndərib.

Hazırda Rusiya ilə İran arasında hərbi sahədə imzalanmış müqavilə daha da genişləndirilib. Müqavilədə həmçinin, İran tərəfinin təqdim etdiyi lisenziya əsasında, Rusiyada PUA-ların yığılması və istehsalı da yer alır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol