Menu

Kremldən xəbərdarlıq: “İsraildəki münaqişə daha da böyüyə bilər”

09.10.2023, 16:05
Kremldən xəbərdarlıq: “İsraildəki münaqişə daha da böyüyə bilər”

“Kreml İsrail ətrafındakı vəziyyəti böyük narahatlıqla izləyir, çünki münaqişə daha da böyüyə bilər”.

“AzPolitika.info” saytı TASS agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Biz İsrail ətrafında, Yaxın Şərqdə baş verənləri böyük narahatlıqla izləyirik. Bu vəziyyətin gərginləşmə potensialı var və ona görə də, bu, bizim üçün xüsusi narahatlıq doğuran məsələdir”, - Kreml sözçüsü bildirib.

Onun sözlərinə görə, Moskva vəziyyəti anlamaq üçün lazımi əlaqələri qurur.

Peskov deyib ki, Rusiya Prezidenti Vladimir Putin hələlik İsrail və Fələstin rəhbərliklərilə əlaqə saxlamağı planlaşdırmır, lakin bu cür təmasları operativ şəkildə razılaşdırmaq olar.

Rüfət

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol