Menu

“Fələstinin hərəkətlərində iştirak etmirik” - İran rəsmisi

09.10.2023, 16:22
“Fələstinin hərəkətlərində iştirak etmirik” -  İran rəsmisi

Tehranın İsrailə qarşı indiki hücuma aidiyyatı yoxdur. 

“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəliyinin bəyanatında belə deyilir.

Bununla bərabər, İran Fələstinin mövqeyini dəstəklədiyini də bildirib: “Fələstinin müqavimət hərəkatının qəbul etdiyi qərarlar tamamilə müstəqildir və Fələstin xalqının maraqlarına uyğundur. Lakin biz Fələstinin bu hərəkətlərində iştirak etmirik. Çünki bütün qərarlar yalnız Fələstin rəhbərliyi tərəfindən qəbul olunur”.

İran iddia edir ki, İsrail öz uğursuzluğuna görə məsuliyyəti Tehranın üzərinə atmağa çalışır.

Qeyd edək ki, bundan öncə “Wall Street Journal” nəşri HƏMAS-ın 7 oktyabr hücumunun təşkilində İranın əli olduğunu yazıb və qeyd edib ki, oktyabrın 2-də Beyrutda keçirilən görüşdə İran hakimiyyətinin təmsilçiləri HƏMAS-a “yaşıl işıq” yandırıb.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol