“Yisrael Beytenu” Partiyasının lideri, keçmiş müdafiə naziri Aviqdor Liberman HƏMAS-ın “kökünü kəsmək və məhv etmək” üçün, hökuməti Qəzzaya qurudan müdaxiləyə çağırır.
"AzPolitika.info" bu barədə “The Times of İsrael” nəşrinə istinadla xəbər verir.
“Yaradılmış vəziyyətdə HƏMAS-ın aradan qaldırılması tələb olunur; Təəssüf ki, bu , Qəzza şəhərinə qurudan girməyi tələb edir” – deyə Liberman vurğulayıb.
“Necə ki, bu yaxınlarda Ceninə daxil olduq, indi də Qəzza şəhərinə girməliyik”, - Liberman qeyd edib.
O, həmçinin, HƏMAS-ın xaricdə olan liderlərinin də bir-bir tapılıb öldürülməsini tələb edib.
Liberman həmçinin Baş nazir Binyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi tənqid edib. Sabiq nazir adıkeçən şəxslərin israilliləri müharibənin vəziyyəti ilə bağlı lazımi səviyyədə məlumatlandırmadığını bildirib.
Rüfət
AzPolitika.info


Şərhlər