Menu

İsrailə hücum zamanı 9 ABŞ vətəndaşı həlak olub

09.10.2023, 17:18
İsrailə hücum zamanı 9 ABŞ vətəndaşı həlak olub

Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi nəticəsində İsraildə 9 amerikalı həlak olub.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller CNN telekanalında efirində çıxışı zamanı bildirib.

“Hazırda biz 9 ABŞ vətəndaşının ölümünü təsdiqləyə bilərik. Həlak olanlara və bütün zərərçəkənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq. ABŞ vəziyyəti yaxından izləməyə davam edir və İsraildəki tərəfdaşlarımızla, xüsusən də yerli hakimiyyət orqanları ilə əlaqə saxlayırıq”, - deyə Miller qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol