Menu

“Livan-İsrail sərhədində münaqişə potensialı artır” - LAVROV

09.10.2023, 17:51
“Livan-İsrail sərhədində münaqişə potensialı artır” - LAVROV

Fələstin-İsrail münaqişəsi zonasında gərginliyin artması fonunda Livan-İsrail sərhədində münaqişə potensialı artır.

“AzPolitika.info” Rusiya KİV-nə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ərəb Dövlətləri Liqasının (LAS) baş katibi Əhməd Əbu əl-Qeytlə danışıqlardan sonra deyib.

"Qəzza zolağı İsrailin cavab əməliyyatlarının hədəfi elan edilib, İordan çayının qərb sahilində kifayət qədər ciddi "qıcqırma" gedir və Livan-İsrail sərhədində də münaqişə potensialı toplanır", - o deyib.

Lavrov vurğulayıb ki, Rusiya “bütün formalarda və təzahürlərdə” zorakılığı pisləyir.

"Biz hər kəsi bütün hərbi əməliyyatların dayandırılmasının tərəfdarı olmağa çağırırıq" –deyə Rusiya XİN başçısı əlavə edib.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol